Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində görüş keçirildi

0

  •         10.11.2017-ci il tarixdə Xocalı rayon İH-nin akt zalında "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının növbəti mərhələsində iştirak edəcək bir qrup şagirdlərlə görüş keçirildi. Görüşdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri, şagirdlər və valideynlər iştirak etdilər.
            Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tur-aksiyanın əhəmiyyətindən söhbət açaraq şagirdlərin tanış olacağı bölgələr haqqında məlumat verdi.
            Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev çıxışında bildirdi ki, şagirdlər tur-aksiya zamanı ayrı-ayrı rayonlarımızın sosial-iqtisadi həyatı, tarixi abidələri, səfalı məkanları, quruculuq və abadlıq işləri ilə tanış olacaqlar. Bütün bunlarla yanaşı, ölkəmizin bugünkü inkişafının bünövrəsini qoymuş ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərə nəzər yetirə biləcəklər. Təhsil şöbəsinin müdiri maarifləndirici tur-aksiyada iştirak edən şagirdlərə rayonumuzu layiqli təmsil etmələrini, yaranan fürsətdən düzgün istifadə edərək yeni biliklər öyrənmələrini, yeni dostlar qazanmalarını tövsiyəsini verdi.
            Xocalı rayon Cəmilli kənd tam orta məktəbin direktoru Məlahət İsmayılova çıxışında vurğuladı ki, bu layihə öz gözəl nəticələrini verir. Şagirdlər nəinki getdiyi rayonların tarixi, mədəniyyəti, təbiəti haqqında məlumatlar alırlar, eyni zamanda şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında məlumatlar alırlar, erməni təcavüzkarlığını dərindən öyrənmək imkanı qazanırlar.
            Valideyn Aqil Məmmədov şagirdlər üçün yaradılan bu şəraiti yüksək qiymətləndirdi. Tur-aksiyada iştirak edən bütün şagirdlərə uğurlar arzuladı.
            Yekun olaraq Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov rayonumuzda "Ölkəmizi tanıyaq" layihəsinə böyük diqqətlə yanaşılmasından söz açdı. Rayon rəhbəri bildirdi ki, tur-aksiya ərzində mütəmadi qrup rəhbəri ilə əlaqə saxlanılır, tur-aksiyada iştirak edən şagirdlərlə mütəmadi maraqlanılır. Şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülür. Şahmar Usubov şagirdlərə özləri ilə gündəlik götürmələrini və qayıdarkən öyrəndiklərini sinif yoldaşları ilə paylaşmalarını tövsiyə etdi. Cənab Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi şagirdlərin dünyagörüşünün artırılması, intellekt səviyyəsinin yüksəldilməsi, ölkəmiz haqqında yeni biliklər əldə edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
            Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov çıxışının sonunda şagirdlərə uğurlu yollar arzuladı.
                                  












       
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib18 dəfə
    Rayonumuzda "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində görüş keçirildi

    Maraqlı gələ bilər
    41
    103